Tuareg üsyançıları ilə Mali ordusu arasında qarşıdurma baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, silahlı qarşıdurmada 10 əsgər öldürülüb. 

Ordudan verilən açıqlamada qeyd olunub ki, ölkənin şimalındakı Qao bölgəsində yerləşən Bourem şəhərində ötən gün terrorçularla baş verən qarşıdurmada 46 terrorçu zərərsizləşdirilib. 

2015-ci ildə Əlcəzair razılaşması ilə Malinin şimalında silahı yerə qoyan qrupların meydana gətirdiyi Azavad Hərəkatları Koordinasiyasının (CMA) verdiyi açıqlamada sözügedən şəhəri ələ keçirdiyini açıqlayıb. Onlar dünən Bourem, Mali ordusu və "Vaqner" muzdluları ilə qarşıdurmaya girdiklərini açıqlayıblar. 

Ağarza Elçinoğlu