Finlandiyanın Lahti şəhərində ölkənin keçmiş baş naziri Sanna Marinə sui-qəsd hazırlamaqda təqsirləndirilən üç finlinin məhkəmə prosesi davam edir.

"Unikal" xəbər verir  ki, bu barədə ölkənin ən böyük qəzeti "Helsingin Sanomat" məlumat yayıb.

Bildirilir ki, radikal qrup həm də terror cinayətlərinə hazırlaşımış. İttiham tərəfi hesab edir ki, şübhəlilər 3D printerdə çap edilmiş avtomatik silahdan istifadə edərək keçmiş baş naziri öldürməyə cəhd ediblər.

Polis onlardan 3D printerdə çap edilmiş 4 odlu silah müsadirə edib.  Araşdırmalar davam edir.  

Gülayə Mecid