SOCAR "Azəriqaz" İB-nin "Səyyar qəbul otağı" Kürdəmir rayonunda fəaliyyət göstərən sahibkarlar üçün təşkil olunub.

"Unikal" xəbər verir ki, Ağsu RQİİ-nin rəisi aksiyanın məqsədini izah etdikdən sonra KOBİA-nın nümayəndəsinə söz verilib. Ölkədə sahibkarlığın inkişafına dəstək baxımından bu cür layihələrin keçirilməsi təqdirəlayiq hesab edilib. Daha sonra mikrofon sahibkarların ixtiyarına verilib. Qaz təchizatında hər hansı bir problemlərinin olmadıqlarını bildirən sahibkarlar ölkə başçısına və SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ağsu RQİİ-nin rəhbər şəxsləri sahibkarlığın inkişafına dəstək baxımından bu cür görüşlərin davamlı olacağını bildirərək sahibkarlara uğurlar arzulayıblar.