"Ermənistan Respublikasının suverenliyini və ya yurisdiksiyasını hər hansı şəkildə şübhə altına alan istənilən bəyanat bizim üçün qəbuledilməzdir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, bu addım Ermənistan üçün qırmızı xəttdir: "Bu məsələdə beynəlxalq ictimaiyyəti çaşdırmamağımız çox vacibdir. Çünki əksər hallarda Avropada dəhliz anlayışından danışarkən nəqliyyat kommunikasiyasını nəzərdə tuturlar. Bu söz bizim üçün çox həssasdır. Magistral yollar, dəmir yolları, qaz kəmərləri, neft kəmərləri, elektrik rabitə xətləri və s. nəinki bizim üçün məqbuldur, həm də biz onlarla maraqlanırıq". 

Ağarza Elçinoğlu