Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə yanğın baş verib. 

FHN-dən "Unikal"a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
 
Yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 
 
Əlavə məlumat veriləcək.