Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina yerli istehsal olan karabin silahı və kosmik kostyumdan əlcək hədiyyə edib. 

"Unikal" xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov danışıb.

Rusiya dövlət başçısının mətbuat katibi bildirib ki, təqdim olunan əlcək bir neçə dəfə kosmosda olub. Kim Çen In öz növbəsində Putinə Şimali Koreya ustalarının hazırladığı karabin hədiyyə edib.

"Başqa hədiyyələr də var idi", - deyə Peskov qeyd edib. 

Ağarza Elçinoğlu