"Los-Çoneros" dəstəsinin keçmiş lideri, ekvadorlu Junior Roldanın cəsədi Kolumbiyanın Medellin şəhəri yaxınlığındakı qəbiristanlıqdan oğurlanıb.

"Unikal" xəbər verir ki, bu  barədə Fransanın "Le Figaro" nəşri məlumat yayıb. 

Bildirilir ki, Junior Roldan fevral ayında narkotik alveri ilə məşğul olan rəqib dəstələr arasında toqquşmaların baş verdiyi Quayaquil həbsxanasından şərti olaraq azad edilib. Mart ayında dəstə başçısı hücuma məruz qalıb və  başından yaralanıb. Ekvador səlahiyyətliləri onun izini itiriblər və iki ay sonra onun cəsədi Kolumbiyanın şimal-qərbindəki kənddə tapılıb. 

Qeyd edək ki, "Los-Çoneros"  dəstəsi əsasən narkotik satışı və qəsblə məşğuldur.

Gülayə Mecid