Yalnız Rusiya erməni xalqının təhlükəsizliyinin real təminatçısı ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Dövlət Suverenliyinin Müdafiəsi üzrə Federal Şurasının komissiyasının rəhbəri Andrey Klimov bildirib. 

Onun sözlərinə görə, amerikalılar Qafqazda növbəti gərginlik mənbəyi yaratmağa çalışırlar: "Dünyanın bütün ölkələrindən yalnız bizim ölkə erməni xalqının təhlükəsizliyinin real təminatçısı ola bilər".

Onun sözlərinə görə, ABŞ gec-tez Ukrayna avantürasının bitəcəyini anlayaraq, yeni gərginlik mənbələri hazırlayır: "Vaşinqton Qafqazda vəziyyəti gərginləşdirməyə davam edəcəyini və Qafqaz vasitəsilə Rusiyada sabitliyi pozmağa çalışacağını heç vaxt gizlətməyib. Ermənistanda hansı siyasətçi hakimiyyətdədirsə, onlar ya həmin siyasətçini uzaqlaşdırmağa, ya da onları özlərininki etməyə çalışacaqlar".

Ağarza Elçinoğlu