Kiyevdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sahə ofisi açılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Telegram-kanalında məlumat verilib.

Hesabatda qeyd edildiyi kimi, bu ofis Haaqadan kənarda BCM-in ən böyük ofisidir.

Ukraynanın baş prokuroru Andrey Kostinin sözlərinə görə, ofisin işi Ukrayna ilə Beynəlxalq Cinayət Məhkəməsi arasında qarşılıqlı əlaqəni gücləndirəcək, cinayətlərə cavab tədbirlərinin səmərəliliyini və sürətini artıracaq.

Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfirliyi bəyan etmişdi ki, ABŞ geosiyasi maraqlarına görə Beynəlxalq Cinayət Məhkəməsinin “görünməmiş hüquqi orgiyasını” dəstəkləyir.