Braziliya millisinin sabiq futbolçusu Ronaldo xristianlığı qəbul edib.

"Unikal" xəbər verir ki, bu bardə o,  sosial şəbəkədəki səhifəsində yazıb.

“Bu gün xüsusi bir gündür. Mən vəftiz olundum! Uşaqlıqdan bəri vəftiz olunmamış olsam da, xristian imanı həyatımın əsas hissəsi olub. Müqəddəs mərasimlə özümü həqiqətən də Allahın övladı kimi yenidən doğulduğumu hiss edirəm. İsanın məhəbbətinə inanaraq, öz iradəmlə yaxşılıq yolu ilə getməyə sadiq olduğumu bir daha təsdiq edirəm”, - Ronaldo yazıb.

Ronaldo Braziliya millisinin heyətində 1994 və 2002-ci illərdə ikiqat dünya çempionu olub. O, həm də ikiqat Amerika Kubokunun qalibi, Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısıdır. Böyük forvard Real Madrid, Barselona, ​​İtaliyanın Milan və İnter, Hollandiyanın PSV və Korintians klublarında oynaması ilə tanınır. Braziliyalı hazırda Reza Valyadolid-in prezidenti vəzifəsini tutur. Klub səviyyəsində UEFA Kubokunu və UEFA Kubok Qalibləri Kubokunu qazanıb.

Bundan əvvəl Ronaldonun Joze Mourinyonu Braziliya millisinə rəhbərlik etməyə razı salmağa çalışdığı bildirilirdi .