İstanbulun Esenyurt rayonunda yeraltı kabellərin keçdiyi kanalda üç gündür yaşadığı müəyyən edilən qeyri-qanuni miqrant ələ keçirilib.
“Unikal” Türkiyə mediasına istinadən xəbər verir ki, polisin müdaxiləsi ilə çölə çıxan fərarinin 3 gün kanalın girişində yaşadığı müəyyən olun. Miqrantın çıxarıldığı kanalın girişində onun əşyaları da aşkarlanıb.
Hadisə yerinə gələn polis həmin şəxsi qanunsuz miqrasiya prosedurları ilə bağlı polis bölməsinə aparıb.