Kiyev Şimali Atlantika Alyansına yaxın vaxtlarda enerji təhlükəsizliyi üzrə Ukrayna-NATO Şurasının iclasının keçirilməsini təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb .

Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina Alyansın baş katibi Yens Stoltenberqlə görüşü çərçivəsində yaxın vaxtlarda Ukrayna-NATO Enerji Təhlükəsizlik Şurasının iclasının keçirilməsini təklif edib.

Onlar həmçinin Ukrayna ilə Şimali Atlantika Alyansı arasında uyğunluğun əldə edilməsi planını müzakirə ediblər, bu planda hərbi sektorda islahatları dəstəkləmək və onu ittifaq ölkələrinin müdafiə planlaşdırma prosesləri ilə uyğunlaşdırmaq üçün ətraflı addımlar yer almalıdır.