İlon Mask “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) yeni funksiyasını elan edib. 

“Unikal” xəbər verir ki, bundan sonra bəyəndiyiniz mesajları başqalarından gizlətməyə imkan verən funksiya işə düşəcək.

Mask sosial şəbəkə hesabında yazıb: 

 “İndi bəyənmələrinizi gizlədə bilərsiniz”.

Əvvəllər bəyənilən hər bir yazı istifadəçinin səhifəsində “Bəyən” sekmesinde göstərilirdi.

Nuranə Abbasova