Rusiya yanacağının Avropaya çatdırılması üçün Türkiyədə qaz qovşağının yaradılması fikir ayrılıqlarına görə dayandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb .

“Qazprom”a yaxın agentlik mənbəsi sözügedən problemin olduğunu təsdiqləyib.

Bundan əvvəl Türkiyənin enerji sahəsində strateji planlaşdırma sahəsindəki mənbə bildirib ki, Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar və Avropa ölkələrinin Rusiya qazını almamaq istəyi Türkiyədə qaz qovşağı yaratmaq planlarına təsir etməməlidir. 

Sentyabrın 6-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hakimiyyət onunla Rusiya lideri Vladimir Putin arasında Soçidə danışıqlar zamanı müzakirə edilən qaz qovşağı layihəsini “ələ alıb”.

O, həmçinin İstanbulda “qaz, minerallar və hər hansı digər materiallarla bağlı əməliyyatlar üçün beynəlxalq ticarət mərkəzi” yaratmaq planlarını açıqlayıb.