Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə səfəri zamanı amerikalı həmkarı Co Baydenlə görüşmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə NBC televiziyası Ukrayna hakimiyyətinin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb  .

Ukrayna rəsmisi görüşün Nyu-Yorkda Baş Assambleya sessiyası kənarında baş tutub-tutmayacağını və ya Baydenin Zelenskini Vaşinqtonda qəbul edib-etməyəcəyini dəqiqləşdirməyib.

Bayden və Zelenskinin BMT Baş Assambleyasında çıxışları sentyabrın 19-da günün birinci yarısına planlaşdırılıb. Sentyabrın 20-də BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə yüksək səviyyəli iclası keçiriləcək, lakin hələlik nə Ukrayna, nə də Amerika tərəfləri prezidentlərin bu görüşdə iştirakını təsdiqləməyiblər.