ABŞ prezidentinin oğluna qarşı üç maddə üzrə ittiham irəli sürülüb.

"Unikal" xəbər verir ki, onlardan ikisi Hanter Baydenin "Colt" tapançasını almaq üçün narkotik istifadəsi ilə bağlı yalan məlumat verməsi, üçüncüsü qanunsuz narkotik qəbul edərkən silah saxlamaqla bağlıdır.

Məhkəmə sənədinə görə,  Amerika liderinin oğlunu 25 ilə qədər həbs və 750 min dollar cərimə gözləyir. Dövlət ittihamçılarının fikrincə, Hanter Bayden 2018-ci ilin oktyabrında qanunu pozub.