Yaponiyanın vəliəhd şahzadəsi Akisinonun 17 yaşlı oğlu şahzadə Hisahito koronavirusa yoluxub.

"Unikal" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Hisahitoya qızdırma diaqnozu qoyulduğu qeyd edilir. Şahzadə hazırda imperiya iqamətgahlarından birinin ərazisində müalicə alır.

Şahzadənin müalicəsi sentyabrın 18-dək davam edəcək. Onun valideynlərində və böyük bacısı şahzadə Kakoda infeksiya təsdiqlənməyib.

Nuranə Abbasova