"Ermənistanın Azərbaycanla sərhəddə qoşun yığdığı bildirilir.Ancaq keyfiyyət baxımından Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında yerlə-göy qədər fərq var. Bizim müasir silahlara malik olan güclü Ordumuz var".

Bunu "Unikal"a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, biz öz torpaqlarımız uğrunda vuruşuruq, Vətən uğrunda canımızı fəda etməyə hazırıq:

"Bunların hamısı Ermənistanda yoxdur. Ermənistan əsgəri dərk edir ki, başqa torpaq uğrunda vuruşur. Həmçinin, Ermənistan silahlı qüvvələrinin texniki təchizatı heç də güclü deyil. Eyni zamanda, 44 günlük müharibənin nəticəsi erməni hərbçilərinin şüurundadır. Bu baxımdan, Ermənsitan nə qədər istəyir sərhəddə qoşun yığsın. Onlar yaxşı bilir ki, Azərbaycan tərəfi öz sərhədini qorumaq iqtidarındadır. Ermənistan nə isə edəcəksə, cavabını ağır alacaq. Ötən ilin sentyabr hadisələri də bunu göstərdi".

Anar Kəlbiyev