Türkiyənin Mersin şəhərində qandonduran qətl hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, qardaşını ziyarətə gedən Mustafa T. adlı şəxs  7 yaşlı oğlu Mehmet T.-nin boğazını bıçaqla kəsərək öldürüb. Hadisədən sonra özünü bıçaqlayan ata xəstəxanaya yerləşdirilib.  Onun barəsində cinayət işi açılıb. 

Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmayıb. 

Seymur Əli