Moskvada reanimasiya zamanı ürəyi işə salmaq üçün avtomatik cihaz hazırlanıb. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyan məlumat yayıb..

"Sistem dolayı ürək masajı həyata keçirir. Sistemin quraşdırılması cəmi 20 saniyə çəkir. Onu təcili yardım maşınlarında və tibb müəssisələrində istifadə etmək olar", - o, bildirib. 

Merin sözlərinə görə, qurğunun Rusiyada analoqu yoxdur və xarici sistemlərlə müqayisədə bir sıra üstünlüklərə malikdir.