Finlandiya prezidenti Sauli Niinistö 2022-ci ilin fevralında Vladimir Putinlə görüşlərindən biri barədə “The New York Times” qəzetinin müxbirlərinə danışıb.

"Unikal" xəbər verir ki, Niinistö deyir ki, o, Putindən Mixail Lermontovun Aleksandr Puşkinin ölümü ilə bağlı şeiri barədə sual verib. Putin bu mövzu barədə ona yarım saatdan çox danışıb.

"O, bu barədə hər şeyi bilirdi - onun üçün Rusiya, bütövlükdə Rusiya idi", - Finlandiya prezidenti vurğulayıb .