"Qarabağ" klubu Misli Premyer Liqasının 6-cı turunda öz meydanında "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.
"Unikal" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ" üçün transferlər bitdi?
- Bəlkə də, böyük ehtimalla qış aylarına kimi bitib. Çünki biz ancaq azad agent statusunda olan oyunçuları götürə bilərik. Onun hansı formada olacağı da böyük sual altındadır. Ona görə də ola bilər ki, dekabra kimi trasnfer olmasın. Amma bəlkə oldu. Hücum xəttinə, müdafiəyə, yarımmüdafiəyə oyunçu axtarırdıq. Ancaq edəcək planımız yoxdur. Qışa qədər axtarışda olacağıq.
- "Olimpiya" ilə oyundan sonra demişdiz ki, Şahruddin bizim oyunçudur. Sonradan "Adana Dəmirspor"a keçdi. Necə alındı transfer?
O fikir həmin anda olmuşdu. Çünki onda heç bir təklif yox idi Şahruddinə. Daha dəqiq araşdırsaq, belə fikirlər formalaşmışdı ki, mən Şahruddini göndərirəm? Mən ona görə cavab vermişdim ki, o, bizim oyunçumuzdur, komandada qalır, heç bir təklif yoxdur. Sonradan özü və klub üçün yaxşı təklif oldu. Sonda qərara gəldik. Onun üçün şərait yaratdıq ki, bu cür komandada oynasın. Azərbaycandan, "Qarabağ"dan belə komandaya oyunçumuz gedirsə, sevinməliyik. Əvvəllər də demişəm ki, son vaxtlar böyük bazara girmişik. Kadi Rusiyada, Vadji Fransada tanınmış kluba gedib. Şahruddin Türkiyə Super Liqa komandasına keçdi. Çox böyük işdir. İstər-istəməz orada Azərbaycan futbolu haqda danışılması, böyük inkişafdır. O bazara girmişiksə, gələcəkdə cavanlarımız üçün, yerilərimiz üçün maraqlı təkliflər olar. Musa da İsveçə getdi. Hər bir futbolçuya təşəkkür edirik ki, onların uğurlarımızda payı olub. Heç vaxt yaddan çıxara bilmərik. Mən də səhv edirəm, digərləri də, yalnış qərarlarımız olur. Hər futbolçu səhvini başa düşməli, onu təkrarlamamağa çalışmalıdır. Bu futbolçularımızdan tələbimizdir. İnanıram ki, qarşıdakı matçlatda da bunu düşünərək addım atacaqlar.