Meksikanın Xalisko əyalətində silahlı şəxslərin bara hücumu nəticəsində 6 nəfər həyatını itirib.

"Unikal" xəbər verir ki, Xalisko Əyalət Prokurorluğundan verilən açıqlamada, naməlum şəxslərin Teokaltiçe qəsəbəsindəki bara hücum etdiyi bildirilib. Açıqlamada hücumda 6 nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının olduğu, hadisə ilə bağlı istintaq başladıldığı bildirilib.

Hücumun dəstələr arasında baş verən qarşıdurma nəticəsində baş verdiyi təxmin edilir.

Xalisko ştatında fəaliyyət göstərən “Jalisco New Generation” narkokarteli ölkənin ən güclü mütəşəkkil cinayətkar təşkilatları sırasındadır. 

Seymur Əli