Xırdalanda evlərin birindən 5 min manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 5 min manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Mahmud Mahmudov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 2 min 743 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

Hər iki fakt üzrə araşdırma aparılır.