Muğlada yaşayan 36 yaşlı kino aktrisası Merve Kayaalp evdə heç kim olmadığı zaman atasının lisenziyalı silahı ilə başına atəş açaraq həyatına son qoyub.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə gələn təcili yardım işçiləri aktrisanın öldüyünü müəyyən ediblər.
Mervenin meyiti ekspertiza olunmaq üçün Muğla Ədliyyə Tibb Morquna aparılıb.
Qeyd edək ki, Kayaalp "Sakarya Fırat", "Küçük Kıyamet", "Düşler ve Umutlar", "Elif", "Şeref Meselesi" və "Savaşçı" seriallarında rol alıb.
Nuranə Abbasova