"İrəvanın son hərəkətləri Qərbin Rusiyaya qarşı düşmənçilik siyasəti üçün münbit zəmin yaradıb".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova həmçinin Ermənistan hakimiyyətinin qərbyönümlü kursun təhlükəsini dərk etdiyinə də ümid etdiyini bildirib: "Rəsmi İrəvan bu cür addımlarla Vaşinqton və Brüsselin Rusiyaya qarşı düşmənçilik siyasətini həyata keçirməsi üçün əlverişli şərait yaradır.
Moskva öz növbəsində Rusiya-Ermənistan müttəfiqliyinə sadiqliyini və Yerevanla qarşılıqlı fəaliyyət üçün müxtəlif praktiki addımları artırmağa hazır olduğunu təsdiqləyir".
Gülayə Mecid