Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərini dəstəkləyib.
"Unikal" xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.
"Qarabağda ermənilərin basdırdığı minaların partlaması nəticəsində şəhid olan azərbaycanlı polislərimizə Allahdan rəhmət diləyirəm! Qarabağda antiterror tədbiri başladan can Azərbaycanın yanındayıq. Ayağınıza daş dəyməsin", - deyə siyasətçi qeyd edib.