Amerikalı sahibkar İlon Mask və vətənlərində hüquqları uğrunda mübarizə aparan iranlı qadınlar Avropa Parlamentinin (AP) Andrey Saxarov adına “Fikir Azadlığı Mükafatına” namizədlər siyahısına daxil edilib.

"Unikal" xəbər verir ki, bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.

Musk "əvvəlki Twitter rəhbərliyinin (indi X) istifadəçilərin ifadə azadlığına zərər vuran hərəkətlərini ifşa etdiyinə görə" irəli sürülüb. "O, bu təcrübəyə son qoymaq istəyir və hər kəsin siyasi baxışlarına görə platformaya girişinin qadağan edilməsinə qarşıdır", - mətbuat xidməti əlavə edib.

Siyahıya 2022-ci ildə vəfat edən Məhsa Əmini və İslam Respublikasında öz hüquqları uğrunda mübarizə aparan “İran qadınlarının” kollektiv obrazı daxildir. Əfqanıstan, Gürcüstan, Uqanda və Nikaraquadan olan hüquq müdafiəçiləri də namizəd olublar.

Mükafatın qalibi oktyabrda müəyyənləşəcək. Mükafatlandırma mərasimi Avropa Parlamentinin dekabrda Strasburqda keçiriləcək plenar sessiyasında baş tutacaq