Ermənistanda Rusiyanın təsirini sarsıtmağa çalışan ən güclü qərbyönlü lobbi mövcuddur.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışında deyib.

“Ermənistanda qeyri-hökumət təşkilatlarının bir təbəqəsi ilə təmsil olunan, o cümlədən bir çox Qərb fondları vasitəsilə ABŞ-nin maraqlarını təbliğ edən güclü lobbi var. Bu maraqlar ondan ibarətdir ki, Rusiyanın nüfuzu sarsılsın. Orada belə təşkilatlar çoxdur. Biz bunun süni şəkildə qızışdırıldığını qəbul edirik. Bir daha təkrar edirəm - bu işdə kimin maraqlı olduğunu və kimin rəhbərlik etdiyini bilirik", - deyə Lavrov əlavə edib.

Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi qərbyönlü lobbi tərəfindən süni şəkildə qızışdırılır.