Sentyabrın 26-da saat 17:00 radələrində Gədəbəy rayonu ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis nəfəri 1996-cı təvəllüdlü Orucov Cahan yol qəzası keçirib. 

DİN-in mətbuat Gəncə xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, hadisə nəticəsində sürücü həlak olub. 

Araşdırma aparılır.