Yevlaxda minik maşını traktorla toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Qaraməmmədli kəndi yaxınlığında baş verib. Minik avtomobilinin traktora çırpılması nəticəsində  1990-cı il təvəllüdlü Seyidov Xətai Nazir oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparıllr.

Ehtiram Muradov