Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının deputatları küçəyə çıxmaqdan qorxurlar.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti bu mövzuda diqqət çəkən məqalə dərc edib.  

"Deputatlar Qarabağ və Ermənistandakı vəziyyətlə bağlı cəsarətli bəyanatlar versələr də, hadisənin günahını Rusiya və 5-ci kolonnanın üzərinə atsalar da, sentyabrın 19-dan onların çoxu küçəyə çıxmaqdan qorxur. Onların sevimli restoranlarına, rahat əyləncə yerlərinə baş çəkməyə belə cəsarətləri çatmır. Onlar qapalı otaqlarda oturub ekranda baş verən hadisələri izləyirlər. Təhlükəsiz olduğuna əmin olduqda, yuvalardan və bunkerlərdən çıxacaqlar", - KİV qeyd edib.

Gülayə Mecid