Rusiya Federasiyasının Aland adalarındakı konsulluğunun (Finlandiya daxilində muxtariyyət) bağlanılması tələb olunur. 

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki,  buna görə də vətəndaşlar öz aralarında imza toplayıblar. 50 051 imza Finlandiya parlamentinə göndərilib.  

Məlumatda deyilir ki, Aland adalarında Rusiya konsulluğu ləğv edilməlidir, çünki Finlandiya hazırda NATO-nun üzvüdür və Rusiya diplomatik missiyası Finlandiya dövlətinin təhlükəsizliyini məhdudlaşdırır və təhlükə altına alır.

Oktyabrın 1-dən Rusiyada Finlandiyanın yalnız bir diplomatik missiyası - Moskvadakı səfirliyi fəaliyyət göstərəcək. Rusiyanın Finlandiyada hələ də iki diplomatik nümayəndəliyi var. 

Bundan əvvəl Finlandiya Rusiyanın Petrozavodsk şəhərindəki Baş Konsulluğunu bağlayıb.

Gülayə Mecid