"Barselona" rəhbərliyi Joau Kanselonun birbaşa transferi ilə bağlı "Mançester Siti" klubu ilə şifahi razılıq əldə edib.
"Unikal" xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.
Kataloniya təmsilçisinin qarşı tərəfə 35 milyon avro ödəməsi gözlənilir.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2023-cü ilin avqustunda "Barselona"ya transfer olunub.