Kiyevin Qoloseyevski rayonunda Konça-Zaspa meşə parkının ərazisində Afrika donuz taunu qeydə alınıb. 10 kilometr radiusda bölgədə karantin tətbiq edilib.

"Unikal" xəbər verir ki, bu barədə Kiyevin şəhər şurasının mətbuat xidməti məlumat yayıb. 

Məhdudlaşdırıcı tədbirlərin görüldüyü müddətdə diri donuzların, baytarlıq sənədləri olmayan ətlərin ticarəti, habelə mal-qaranın yeridilməsi və yığılması ilə yarmarkaların keçirilməsi qadağandır. Karantin baytarlıq-sanitariya tədbirləri kompleksi başa çatdıqdan 40 gün sonra ləğv edilə bilər.