Azərbaycanın “qara siyahı”sında olan David Babayan Xankəndindən Şuşaya getmək qərarına gəlib.  

"Unikal" xəbər verir ki, qondarma rejimin prezidentinin eks-müşaviri olan David Babayan bu barədə "Facebook" səhifəsində yazıb.

"Qərarım ilk növbədə yaxınlarıma böyük ağrı verəcək, amma əminəm ki, onlar başa düşəcəklər. Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırmalar üçün Bakıya gəlməyimi tələb edib", - deyə Babayan qeyd edib. 

Gülayə Mecid