Ukrayna müharibəsində Rusiyaya böyük dəstək verən Belarus qadınları əsgərliyə həvəsləndirmək üçün “gözəllik kraliçaları”nın köməyi ilə diqqətçəkən addım atıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, “Miss Belarus 2023” müsabiqəsinin gözəlləri ölkədəki qərargahda silaha sarılaraq hərbi geyimdə təlim keçiblər.

Müsabiqənin builki kraliçası Nadezda Tolstikova hərbi hazırlıqdan çox zövq aldığını bildirib. Belaruslu hərbçi Sergey Qrebenikov da bildirdi ki, bu hərbi təlim sayəsində qadınlar ordunun gücünü öz gözləri ilə görə biliblər.

Qismən səfərbərliyə qərar verən Rusiyada da son vaxtlar gənc qadınların ordu sıralarına cəlb olunması istiqamətində intensiv iş aparılır. Rusiyanın uzaq şərqindəki bölgədə indiyədək ən azı 75 qız tələbənin taktiki hərbi təlim keçdiyi bildirilir.

Gülayə Mecid