Rusiya bir gündə xeyli sayda Ukrayna Pilotsuz Uçuş Aparatını (PUA) vurub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, hava hücumundan müdafiə sistemləri gecə saatlarında biri Kaluqa vilayəti, 10-u isə Kursk vilayəti üzərində olmaqla 11 Ukrayna pilotsuz təyyarəsini məhv edib.