Dünyada mövcud hərbi-siyasi vəziyyət Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələri müxtəlif təhlükələrə operativ reaksiya verməyə qadir olan güclü orduya malik olmağa məcbur edir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu MDB Müdafiə Nazirləri Şurasının iclasında vurğulayıb.

O əlavə edib ki, sentyabrın 29-da Rusiya və onun xarici tərəfdaşları Böyük Vətən Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün birgə hazırlıqlara başlayacaqlar.

Moskva nümayəndəsi həmçinin xarici həmkarlarını qlobal gündəmi və müdafiə sektorunda əməkdaşlıq məsələlərini müzakirə etməyə dəvət edib. Eyni zamanda, hərbi idarə rəisi MDB ölkələri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin axtarışının zəruriliyini diqqətə çatdırıb.

Gülayə Mecid