Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hekken” və “Qarabağ” komandaları arasında keçiriləcək oyunun UEFA nümayəndəsi və hakim-inspektoru açıqlanıb.
"Unikal" qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, matçın UEFA nümayəndəsi Latviya Futbol Liqasının prezidenti Maksim Krivunets olacaq.
Hakim-inspektor vəzifəsini isə xorvatiyalı Ante Vuçemiloviç yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hekken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. H qrupunda mübarizə aparan Ağdam təmsilçisi ilk turda Bakıda Norveçin “Molde” komandasını 1:0 hesabı ilə məğlub edib.