Türkiyəli aktyor Oktay Kaynarca ötən gün vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.

"Unkal" xəbər verir ki, sənətçi instaqram səhifəsində millət vəkilinin fotosunu paylaşaraq bunları yazıb:

"Azərbaycanlı millət vəkilimiz, igid qadın Qənirə Paşayeva. Məkanın cənnət olsun".

Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən xəstəxanaya yerləşdirilib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva dünən vəfat edib.