2010-cu ildən etibarən kosmosun kəşf olunmasında yeni bir era başlayıb. Artıq yeni rəqəmsal texnologiyalardan istifadə olunaraq kosmos tədqiq olunur. Bu il 61 peyk kosmosa göndərilib. Bu peyklər sahəsində bütün dünyada internetin təmin olunması həyata keçirilir.

"Unikal" xəbər verir ki, bunu Beynəlxalq Astronovtika Fedarasiyasının keçmiş prezidenti Jean-Yves Le Gall "Nazirlər və parlament üzvləri üçün 13-cü Beynəlxalq IAF (Beynəlxalq Astronavtika Konqresi) iclasında" deyib.

O bildirib ki, “SpaceX” şirkətinin təsisçisi Elon Maskın bizim iclasımıza onlayn şəkildə qoşularaq ilk sessiyamızda prezentasiya keçəcəkdir.

Qeyd edək ki, 2-6 oktyabr 2023-cü ildə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. 2019-cu ilin oktyabr ayında ABŞ-nin paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb.