Slovak opera müğənnisi, sopranoya (red. - ən zil müğənni səsi) malik Patritsiya Yaneçkova vəfat edib.

"Unikal" xəbər verir ki, 25 yaşlı ifaçı ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, ötən ilin əvvəlində Patritsiyaya xərçəng diaqnoz qoyulub. O, bir müddətdən sonra səhnədəki çıxışlarını dayandırıb. 2023-cü ildə aktyor Vlastimil Burdu ilə ailə həyatı qurub.