"Rusiya Qarabağın erməni əhalisinə xəyanət edib".

"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel "Euronews" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın Qarabağda antiterror tədbirlərinə heç bir reaksiya verməyib.

“Rusiya öz əsgərlərinin orada olmasını istəmiş, sabitlik və təhlükəsizliklə bağlı razılaşmalara zəmanət vermişdi. Lakin biz görürük ki, Rusiya heç nə etməyib”, - deyən Mişel Azərbaycan və Ermənistan arasında vasitəçi olmaqda davam etmək niyyətində olduğunu bildirib.