Əməkdar artist Rühəngiz Allahverdiyevanın qızılları oğurlanıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Elgizlə izlə" verilişində danışıb. Müğənni bildirib ki, bununla bağlı heç bir şikayət də etməyib:
"Evimdə nə brilyant var idisə, hamısı oğurlandı. O qədər də çox deyildi. Özü də onları öz zəhmətimlə almışdım. Qızılları mənə hansısa bir kişi bağışlamamışdı və ya almamışdı. Millətimin toylarına gedib pul qazanıb, qəpik-qəpik yığıb brilyantları almışam. Oğurluqla bağlı polisə şikayət etməmişəm. Onları kim götürübsə, rahatlıqla yeyə bilməyəcək".