Almaniya hakimiyyəti Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

 Almaniya Ukraynaya əlavə IRIS-T hava hücumundan müdafiə sistemi və 10-dan çox Gepard zenit silahı göndərəcək. Qeyd olunur ki, bu silahlar Ukrayna ordusuna bu ilin sonuna qədər çatacaq.

Əlavə IRIS-T sistemləri istehsal olunduqca çatdırılacaq.

Oktyabrın 2-də Almaniya kansleri Olaf Şolz bildirib ki, o, NATO ilə Rusiya arasında daha da gərginliyin qarşısını almaq üçün Ukraynaya silah tədarükü ilə bağlı qərarları diqqətlə nəzərdən keçirir.