Rusiya təyyarələrinin texniki qulluq və təmir işləri İranda aparılacaq.

"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikasının elm və texnologiya üzrə vitse-prezidenti Ruhullah Dehqani Firuzabadi məlumat verib.

“Rusiya tərəfi İran şirkətləri ilə bir neçə müqavilə imzalayıb ki, bu müqavilələr Rusiya Federasiyasından olan təyyarələrin İslam Respublikasında texniki xidmət və təmir olunmasını nəzərdə tutur”, - deyə Ruhullah Dehqani bildirib.