Azərbaycan Vəkillər Kollegiyasının üzvü Faiq Hüseynov Qarabağdakı separatçı rejimin keçmiş “dövlət naziri”, bir müddət əvvəl həbs edilmiş milyarder Ruben Vardanyanın hüquqlarını müdafiə edəcək.
"Unikal" xəbər verir ki, Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılan Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.