"Rusiya ermənilərə humanitar yardım göstərməyə hazırdır, Ermənistan isə Rusiya Federasiyası ilə müttəfiq ölkə olaraq qalır".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında deyib.

"Biz yardım göstərməyə hazırıq, Ermənistan bizim müttəfiqimiz olmaqdan əl çəkmir. Əgər orada humanitar məsələlər varsa, əlbəttə ki, biz bu insanları müzakirə etməyə və onlara dəstək verməyə hazırıq. Bu, sözsüzdür"- deyə Putin bildirib.