AXCP sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalov saxlanılıb.
"Unikal" xəbər verir ki, Kənan Zeynalov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) 30 sutka müddətinə həbs edilib.